Xviça Kvaratsxeliya ilinə 2,5 milyon avro qazanacaq

“Napoli”nin gürcü hücumçusu Xviça Kvaratsxeliya İtaliya klubu ulə müqaviləsinin müddətini uzatmağa hazırlaşır.

Arena.azCalciomercato”ya istinadən xəbər verir ki, tərəflər, müddəti 2028-ci ilə qədər nəzərdə tutulmuş yeni müqavilə haqda qarşılıqlı razılığa gəliblər.

Yeni sözləşməyə əsasən, Kvaratsxeliyanın maaşının iki dəfə artıb ildə təxminən 2,5 milyon avroya çatacağı vurğulanır.

Xatırladaq ki, Xviça Kvaratsxeliya “Napoli”yə 2022-ci ilin yayında gəlib. 22 yaşlı futbolçunun “Napoli” ilə cari müqaviləsi 2027-ci ilə qədərdir.

Gürcü hücumçu cari mövsümdə 42 dəfə “eşşəkciklər”in heyətində meydana çıxaraq 14 qol və 17 məhsuldar ötürmə ilə komandasının İtaliya çempionluğunu qazanmasına töhfəsini verib.

“Transfermarkt” internet-portalı futbolçunu 85 milyon avro məbləğində qiymətləndirir.