Xviça Kvaratsxeliya “Napoli”dəki gələcəyinə aydınlıq gətirdi

Napoli”nin və Gürcüstan yığmasının hücumçusu Xviça Kvaratsxeliya komandasındakı gələcəyinə dair fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, gürcü hücumçu DAZN-a açıqlamasında arxayınlıq vəd edən səpgidə danışıb:

“Napoli azarkeşləri sakit ola bilərmi? Təbii ki, əmin ola bilərlər. Mən “Napoli”ni sevirəm”.

Xviça 2022-ci ilin yayından Neapol klubunda forma geyinir. Kvaratsxeliyanın “Napoli” ilə cari müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub.

Geridə qalmış mövsüm ərzində Xviça Kvaratsxeliya “Napoli”nin heyətində 42 oyuna çıxıb, 14 qol vurub və 17 məhsuldar ötürmə ilə komandasının “skudetto”nu qazanmasında böyük pay sahibi olub.

Gürcü futbolçu A Seriyasında mövsümün ən yaxşı oyunçusu seçilib.

“Transfermarkt” internet-portalı hücumçunu 85 milyon avro məbləğində qiymətləndirir.