İtaliyanın “Milan” və Fransanın PSJ klubları Mönhenqladbax “Borussiya”sının hücumçusu Markus Türamı transfer etmək istəyirlər.
Arena.az bu haqda “La Gazetta dello Sport”a istinadən xəbər verir.
Mənbənin məlumatına görə, “Milan” 25 yaşlı hücumçuya mövsümü 4,5 milyon avro məvaciblə 4 illik müqavilə təklif edir. İtalyan klubunun təmsilçiləri Türamı start heyətinin oyunçusu kimi görürlər.
Fransa nəhəngi PSJ də fransalı hücumçunu heyətinə qatmaqda maraqlıdır. Paris klubu Türama “Milan”ın təklifindən də artıq təklif vəd edir. Ancaq parislilər Türama futbolçunun start heyətində daimi yer ala biləcəyini zəmanət verər bilmirlər.
2022/2023 mövsümündə Markus Türam Mönhenqladbax “Borussiya”sının heyətində 32 oyun keçirib, 16 qol vurub, 7 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı Türamı 32 milyon avro məbləğində qiymətləndirir.
Vurğulayaq ki, Türam iyunun sonunda “Borussiya”nı azad agent kimi tərk edəcək.
Daha əvvəl Markus Türamla Bundesliqanın son mövsümünün bürünc mükafatçısı “Leypsiq”in ciddi maraqlandığı bildirilmişdi.


