Yağmur Məmmdəli Bolqarıstanda “bürünc” qazandı

Azərbaycanın istedadlı stolüstü tennisçilərindən hesab olunan Yağmur Məmmədli daha bir beynəlxalq yarışın mükafatını qazanıb. Arena.az xəbər verir ki, tennisçimiz mayın 15-dən 21-nə qədər Bolqarıstanın Panaqyurişte şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində bürünc medala layiq görülüb.

22 ölkənin tennişçilərinin qatıldığı turnirin qrup mərhələsini ikinci yerdə başa vuran Yağmur 1/4 finalda serbiyalı Teodora Sudzumu mübarizədən kənarlaşdırıb. Yarımfinalda isə o, Cənubi Koreya idmançısı Li Haelinə uduzaraq bürünc medalla kifayətlənib.

Xatırladaq ki, “Eurotalent” seçimlərindən uğurla keçən Yağmur Məmmədli Avropanın ən istedadlı stolüstü tennisçiləri sırasındadır.