Yaka Biyol “İnter”ə keçidi ilə bağlı şayiələri cavabladı

“Udineze”nin və Sloveniya yığmasının müdafiəçisi Yaka Biyol Milan “İnter”inə keçə biləcəyi ilə bağlı yayılan xəbərləri cavablayıb.

Arena.az sloven futbolçunun bu barədə cavabını təqdim edir:

“İnter”ə keçidimlə bağlı söz-söhbətmi var? Əlbəttə, bunu eşitmək xoşdur. Amma biz bilirik ki, futbolda çoxlu şayiələr dolaşır. Ona görə də qısaca nəsə ortaya çıxana qədər danışmaq üçün çox xüsus yoxdur”, deyə Biyol vurğulayıb.

Xatırladaq ki, Yaka Biyol “Dravoqrad” və “Bravo” klublarının yetirməsidir. Peşəkar karyerasına “Rudar”da başlamış futbolçu ÇSKA (Moskva), “Hannover” kimi klublarda da çıxış edib. “Udineze” 25 yaşlı futbolçunu 2022-ci ilin iyul ayında ÇSKA-dan 4 milyon avro müqabilində transfer edib. Onun İtaliya klubu ilə 2027-ci ilin 30 iyununa qədər müqaviləsi var.

Yaka Biyol cari mövsümdə “Udineze”də uğurlu çıxışı ilə diqqət mərkəzindədir. O, meydana çıxdığı 18 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Biyolun “Udineze”nin heyətindəki çıxışı 76 oyun, 5 qol və 3 məhsuldar ötürmədən ibarətdir.

Yaka Sloveniyanın U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında oynadıqdan sonra 2018-ci ilin oktyabr ayında əsas millidə debüt edib. Yarımmüdafiəçi Sloveniya millisinin heyətində meydana çıxdığı 59 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Yaka Biyolun futboldakı yeganə titulu ÇSKA ilə qazandığı Rusiya Super Kubokudur (2018-2019).

“Transfermarkt” internet-portalı 25 yaşlı müdafiəçinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.