Yaya Ture rəsmən Ukrayna klubunda

“Mançester Siti” və “Barselona” klublarının sabiq futbolçusu Yaya Turenin yeni iş yeri müəyyənləşib.

Arena.az xəbər verir ki, 37 yaşlı sabiq müdafiəçi bundan sonra Ukraynanın “Olimpik” klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.

Bu barədə Donetsk təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Turenin futbolçu karyerası ərzində son klubu azad agent olaraq 2019-cu ilin yayında müqavilə imzaladığı “Çindao Haynyu” (Çin) olub.