Yeni baş məşqçisini açıqladı – “Başakşəhər”

Türkiyənin “Başakşəhər” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Arena.az xəbər verir ki, son ölkə çempionu Aykut Kocamana tapşırılıb.

Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. 55 yaşlı mütəxəssislə 2.5 illik müqavilə imzalanıb. O, bu postda bir neçə gün öncə istefaya göndərilmiş Okan Buruku əvəzləyib.

Qeyd edək ki, “Başakşəhər” hazırda Türkiyə Super Liqasında 24 xalla 15-ci pillədə qərarlaşıb.