Türkiyənin “Yeni Malatyaspor” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Marius Şumudiça çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rumıniyalı mütəxəssislə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
“Yeni Malatyaspor” bu mövsümə İrfan Buzun rəhbərliyi altında start versə də, klub rəhbərliyi uğursuz nəticələrə görə onu istefaya göndərib. Komanda bu mövsüm Super Liqada keçirdiyi 8 oyunda cəmi 6 xal toplayıb və 20 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.
Marius Şumudiça son olaraq Rumıniyada ÇFR (Kluj) komandasına rəhbərlik edib. 50 yaşlı mütəxəssis daha öncə Türkiyədə “Qaziantep”, “Rizəspor”, “Kayserispor” komandalarını da çalışdırıb.