Türkiyənin “Yeni Malatyaspor” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Cihat Arslan çalışdıracaq.
Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb. Türkiyəli mütəxəssis bir neçə gün öncə istefaya göndərilən Adəm Böyükü əvəz edib.
“Yeni Malatyaspor” Super Liqada 17 xalla sonuncu pillədə qərarlaşıb.