Yens Andersson “Neftçi”dən getdi – Rəsmi

“Neftçi” və idman direktoru Yens Andersson arasında müqaviləyə isveçli mütəxəssisin xahişi ilə qarşılıqlı razılıq əsasında xitam verilib.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.

Məlumata görə, bu qərar komandanın son həftələrdə göstərdiyi nəticələrlə əlaqədar deyil. Klub Anderssona göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Yens Andersson 2023-cü ilin sentyabr ayından “Neftçi”nin idman direktoru vəzifəsində çalışırdı.