Yevgeni Koçuk yenidən Premyer Liqamızda

“Keşlə” futbol üzrə Moldova millisinin yarımmüdafiəçisi Yevgeni Koçuku heyətinə qatıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə 27 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonunadək müqavilə imzalandığı diqqətə çatdırılıb.

Qeyd edək ki, Yevgeni Koçuk bundan əvvəl Moldovanın “Daçiya”, Slovakiyanın “Jilina”, Azərbaycanın “Səbail” və “Sabah” klublarında çıxış edib. O, yığmada 25 oyun keçirib.