Yevgeni Kukseviç: “Fiziki cəhətdən zəif təsir bağışladıq”

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç bu gün Özbəkistan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, millimiz Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil edilmiş 6-cı İslam Həmrəyliyi Oyunları çərçivəsində bu gün Özbəkistan yığması ilə qarşılaşıb.

Komandamız bu görüşdə 2:13 hesablı məğlubiyyətə üzülüb. Yevgeni Kukseviç matçdan sonra Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Bu oyunda fiziki cəhətdən zəif təsir bağışladıq. Çünki birinci oyunda fiziki və emosional gücümüzü çox sərf etdik. Ona görə də ikinci görüşə hazırlaşmaq çətin oldu. Uşaqlarla danışdıq, onlar da etiraf etdiklər ki, əvvəlcədən dediklərimizi tətbiq etmək lazım idi, amma biz hər şeyi tərsinə etdik. Yenə xüsusi vurğulamaq istəyirəm ki, fiziki cəhətdən çox geri qalırıq. Bu oyunu unutmalı, qrupdakı son matçımıza köklənməliyik. Çünki mübarizəni davam etdirib-etdirməyəcəyimiz, finala gedən yol həmin matçın nəticəsindən asılıdır. Heyətimizdə olan gənclərə meydanda müəyyən qədər vaxt verdik. Onlar bu cür yarışda ilk dəfədir ki, iştirak edirlər. Emosiyalarımız da bir qədər dözmədi. Bəzi epizodlarda gücümüzü qorumağa çalışırdıq, əvəzində qapımızda qol görürdük. Nəticə çıxarmalı, noyabrın 8-dək oyuna hazırlaşmalıyıq”.

Xatırladaq ki, ilk oyunda Liviya yığmasına 5:4 hesabıyla qalib gəlmiş son turda Səudiyyə Ərəbistanı yığması ilə üz-üzə gələcək.