Yığmamızdan “Turan Tovuz”la heç-heçə

Tovuzda “Turan Tovuz” Futbol Akademiyasında təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Arena.az xəbər verir ki, millimiz yerli “Turan Tovuz” komandası ilə qarşılaşıb.

Oyun 2:2 hesabı ilə başa çatıb. U-18-in qollarını Rüstəm Hümbətov və Rəşad Həsənov vurub.