Yığmamızın oyunlarının keçiriləcəyi stadion bəlli oldu

Qadınlardan ibarət Azərbaycan millisinin İspaniya və Moldova ilə Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi ev oyunlarının stadionu müəyyənləşib.

Arena.az xəbər verir ki, matçların başlama vaxtı da məlum olub. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

İspaniya ilə fevralın 18-dəki görüş saat 20:00-da, Moldova ilə həmin ayın 23-dəki qarşılaşma isə 18:00-da başlayacaq.

Hər iki oyun Bakıdakı “ASK Arena”da keçiriləcək.