Yoakim Mele “Atalanta”nı “Volfsburq”a dəyişdi

Futbol üzrə Danimarka yığmasının və “Atalanta”nın sol cinah müdafiəçisi Yoakim Mele Almaniyanın “Volfsburq” klubuna keçib.

Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

26 yaşlı futbolçu yeni klubu ilə 4 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb. Almanlar bu transferin reallaşması üçün İtaliya klubuna 13 milyon avro ödəyiblər. Müdafiəçi yeni komandasında 21 nömrəli formanı geyinəcək.

Yoakim Mele “Atalanta”ya 2021-ci ilin yanvarında Belçikanın “Genk” klubundan 13,7 milyon avro qarşılığında keçmişdi. O, A Seriyası təmsilçisində 96 oyuna çıxıb, 6 qol və 7 assistlə yadda qalıb.

Mele daha öncə “Genk” və “Olborq”da çıxış edib. Müdafiəçi Danimarka yığmasında 36 oyun keçirib, 9 qol vurub.