Yonas Svensson “Beşiktaş”da – Rəsmi

Bir neçə gün öncə “Adana Dəmirspor”dan ayrılan norveçli müdafiəçi Yonas Svensson Super Liqanın digər təmsilçisi “Beşiktaş”a keçib.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubu sosial media hesabında paylaşım edib.

30 yaşlı futbolçuya yeni klubunda uğurlar arzulanıb. Tərəflər arasında 2,5 illik müqavilə imzalanıb. Norveç millisinin üzvü 2026-cı ilin 30 iyununa qədər “qara qartallar”ın uğurları üçün çalışacaq.

Xatırladaq ki, Yonas Svensson “Adana Dəmirspor”a 2021-ci ilin iyul ayında Niderlandın “Alkmar” klubundan azad agent kimi gəlmişdi. O, Super Liqa təmsilçisində bütövlükdə 84 oyuna çıxıb, 1 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. Sağ cinah müdafiəçisi bu mövsüm Türkiyə Super Liqasında 14, Avropa Konfrans Liqasında 6 oyuna çıxmışdı.

Svensson daha öncə “Rusenburq” və “Alkmar”da forma geyinib. O, Norveç milli komandasında da 23 oyun keçirib, 1 qol vurub.

Bahar Rüstəmzadə