Almaniyanın “Leypsiq” klubunun və Xorvatiya yığmasının mərkəz müdafiəçisi Yoşko Qvardiol Avropa nəhənglərinin hədəfindədir.
Arena.az “90min” portalına istinadən xəbər verir ki, xorvat müdafiəçiyə Madird “Real”ı və “Mançester Siti” iddialıdırlar.
Mənbənin məlumatına görə, “Leypsiq” 21 yaşlı xorvat müdafiəçini satışa çıxarmağa qərar verəcəyi halda, yalnız bu klublardan gələn təklifləri gözdən keçirməyə hazırdır. Qvardiola maraq göstərən “Çelsi” başı klubda yenidənqurma işlərinə və komandanın qayğılarına qarışdığı üçün müdafiəçiyə olan iddiasından geri çəkilib.
Bildirilir ki, Qvardiolun cari müqaviləsində 115 milyon avro qarşılığında sərbəstqalma maddəsi var. Ancaq “Leypsiq” rəhbərliyi xorvat müdafiəçiyə qarşılıq verməyə və onu daha ucuz satmağa hazır olacaqlarını bildirib.
Xorvat müdafiəçinin “Leypsiq”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Transfermarkt” internet-portalı Qvardiolu 75 milyon avro məbləğində qiymətləndirir.
Vurğulayaq ki, əvvəllər Qvardiolun özü “Leypsiq”in onunla ayrılmaq istəmədiyini bildirmişdi.
Yoşko Qvardiol 2022/2023 mövsümündə “Leypsiq”in heyətində 41 oyunda meydana çıxaraq 3 qol vurub.