Yosko Qvardiol zədələndi – Qvardioladan açıqlama

İngiltərə çempionu “Mançester Siti”nin və Xorvatiya milli komandasının mərkəz müdafiəçisi Yoşko Qvardiol zədələnib.

Arena.az “şəhərlilər”in mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola açıqlama verib.

O, 21 yaşlı müdafiəçinin bir müddət yaşıl meydanlardan uzaq qalacağını bildirib:

“Qvardiol topuq bağından zədə alıb. O, bu səbəbdən 2-3 həftə oynaya bilməyəcək”.

Xatırladaq ki, Qvardiol bu mövsüm “Mançester Siti”nin heyətində 29 matça çıxıb. O, bu oyunlarda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatrıladaq ki, Yoşko Qvardiol “Mançester Siti”yə 2023-cü ilin avqustunda Almaniyann “Leypsiq” klubundan gəlib və “şəhərlilər”lə 5 illik müqavilə imzalayıb. Onun “Mançester Siti”yə transferi 90 milyon avro, üstəgəl 10 milyon avro bonuslar müqabilində başa gəlib. Bu isə xorvat futbolçunu futbol tarixinin ən bahalı müdafiəçisinə çevirib. Ona qədər heç bir müdafiəçiyə bu qədər xərc çəkilməyib.

Qvardiol “Mançester Siti”dən öncə “Leypsiq”in və yetirməsi olduğu Zaqreb “Dinamo”sunun da uğurları üçün çalışıb.

Qvardiol 2021-ci ildə debüt etdiyi Xorvatiya yığmasının heyətində 27 oyun keçirib, 2 qol vurub və DÇ-2022-nin bürünc medallarını qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: