“Ştutqart”ın serbiyalı hücumçusu Yovan Miloşeviç Almaniya klubundan ayrılaraq İsveçrə təmsilçisi “Sankt Qallen”ə keçib.
Arena.az xəbər verir ki, bu barədə İsveçrə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Sankt Qallen” 18 yaşlı forvardı bu mövsümün sonuna kimi icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Yovan Miloşeviç Serbiyanın “Voyvodina” klubunun yetirməsidir. Gənc hücumçu 2023-cü ilin iyul ayında 1,2 milyon avro qarşılığında “Ştutqart”a keçib. O, Almaniya klubunun əsas komandasında 6 oyuna çıxsa da, fərqlənə bilməyib.
Miloşeviç Serbiyanın U-17, U-18 və U-19 yığmalarında da forma geyinib.