Yoxlama oyunu: Almaniya millisi ABŞ üzərində qələbəyə sevindi

Bu gün dünyanın yaşıl meydanlarında futbol üzrə milli komandalar səviyyəsində bir neçə yoxlama oyunu keçirilib.

Arena.az xəbər verir ki, maraqlı görüşlərdən biri ABŞ və Almaniya yığmaları arasında baş tutub.

Avropalılar bu oyunda inamlı qələbəyə seviniblər. Bu, həm də Almaniya yığmasının yeni baş məşqçisi Yulian Nagelsmanın debüt qarşılaşması olub. Onun “siftə”si uğurlu alınıb.

Fil Dişi Sahili və Mərakeş yığmaları arasındakı oyunda isə qalib müəyyənləşməyib.

Yoxlama oyunu
14 oktyabr

Papua Yeni Qvineya – Vanuatu 0:1
Solomon adaları – Yeni Kaledoniya 1:0
Benin – Syerra Leone 1:1
Niger – Somali 3:0
Fil Dişi Sahili – Mərakeş 1:1
Liberiya – Liviya 2:3
Mavritaniya – Madaqaskar 2:1
ABŞ – Almaniya 1:3