Bu gün dünyanın yaşıl meydanlarında milli komandalar səviyyəsində bir neçə yoxlama oyunu keçirilib. Arena.az xəbər verir ki, günün ən maraqlı görüşlərindən biri Almaniya və Peru yığmaları arasında baş tutub.
Avropa təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.
Braziliya millisi isə Mərakeşlə qarşılaşıb. Üç qolun qeydə alındığı matç cənubi amerikalıların məğlubiyyəti ilə yekunlaşıb.
Qonşu Gürcüstan yığması Monqolustan seçməsini böyük hesabla məğlub etdiyi halda, Qırğızıstan və Tacikistan müvafiq olaraq Myanmar və Birləşmiş Ərəb Əmirlikləri ilə heç-heçəyə imza atıblar.
Yoxlama oyunu
25 mart
Banqladeş – Seyşel 1:0
Laos – Butan 2:1
Myanmar – Qırğızıstan 1:1
İndoneziya – Burundi 3:1
Gürcüstan – Monqolustan 6:1
Suriya – Tailand 3:1
BƏƏ – Tacikistan 0:0
Bəhreyn – Fələstin 1:2
Almaniya – Peru 2:0
Mərakeş – Braziliya 2:1


