Yoxlama oyunu: İtaliya və Gürcüstan qalib gəldi, Fransa…

Ötən gecə dünyanın yaşıl meydanlarında futbol üzrə milli komandalar səviyyəsində bir neçə yoxlama oyunu keçirilib.

Arena.az xəbər verir ki, maraqlı görüşlərdən biri Fransa və Kanada yığmaları arasında baş tutub.

Tərəflər bu oyundan qolsuz ayrılıblar. ABŞ yığması Kolumbiyaya, Uels millisi isə Slovakiyaya böyük hesabla uduzub.

İtaliya millisi Bosniya və Herseqovina ilə matçdan çətin qələbə ilə ayrılıb. Qonşu Gürcüstan yığması da qarşıdakı Avropa çempionatı (AÇ-2024) öncəsi Monteneqro ilə sınaq matçında inamlı qələbəyə sevinib.

Yoxlama oyunu
9 iyun

ABŞ – Kolumbiya 1:5
Meksika – Braziliya 2:3
İtaliya – Bosniya və Herseqovina 1:0
Monteneqro – Gürcüstan 1:3
Slovakiya – Uels 4:0
Fransa – Kanada 0:0