Bu gün dünyanın yaşıl meydanlarında milli komandalar səviyyəsində bir neçə yoxlama oyunu keçirilib. Arena.az xəbər verir ki, günün ən maraqlı görüşlərindən biri Çili və Paraqvay yığmaları arasında baş tutub.
Beş qolun və iki qırmızı vərəqənin qeydə alındığı bu oyunda Çili futbolçuları qələbəyə seviniblər. Şimali Makedoniya yığması da Farer adaları ilə oyundan qalib ayrılıb. Yunanıstan – Litva matçında isə qapılara qol vurulmayıb.
Yoxlama oyunu
27 mart
Yunanıstan – Litva 0:0
Şimali Makedoniya – Farer adaları 1:0
Livan – Oman 0:2
Çili – Paraqvay 3:2