Yoxlama oyunu: Portuqaliya və Ukraynadan darmadağın

Ötən gün dünyanın yaşıl meydanlarında futbol üzrə milli komandalar səviyyəsində bir neçə yoxlama oyunu keçirilib.

Arena.az xəbər verir ki, maraqlı görüşlərdən biri Portuqaliya və İrlandiya yığmaları arasında baş tutub.

Portuqallar Avropa çempionatı (AÇ-2024) öncəsi 3 cavabsız qola seviniblər. Portuqaliya yığmasının 39 yaşlı ulduz futbolçusu Kristiano Ronaldo bu görüşdə dubla imza atıb.

Ukrayna yığması da AÇ-2024 öncəsi Moldova ilə oyunda 4 cavabsız qolla qalib gəlib.

Yoxlama oyunu
11 iyun

Monqolustan – Kamboca 2:1
Bruney – Şri Lanka
Belarus – İsrail 0:4
Yunanıstan – Malta 2:0
Moldova – Ukrayna 0:4
San Marino – Kipr 1:4
Şimali İrlandiya – Andorra 2:0
Portuqaliya – İrlandiya 3:0