Bu gün dünyanın yaşıl meydanlarında futbol üzrə milli komandalar səviyyəsində bir neçə yoxlama oyunu keçirilib.
Arena.az xəbər verir ki, maraqlı görüşlərdən biri Çin və Özbəkistan yığmaları arasında baş tutub.
Özbəklər bu oyundan qələbə ilə ayrılıblar. Beş qolun qeydə alındığı Nigeriya – Mozambik matçında birincilər qələbə qazanıblar.
Əlcəzair – Misir oyununda heç-heçə qeydə alınıb. Beynəlxalq turnirlərdən təcrid olunmuş Rusiya yığması Keniya ilə məhsuldar heç-heçəyə imza atıb.
Seneqal və Kamerun yığmalarının görüşündə də birincilər qalib gəliblər.
Yoxlama oyunu
16 oktyabr
Çin – Özbəkistan 1:2
Botsvana – Esvatini 2:1
Nigeriya – Mozambik 3:2
Əlcəzair – Misir 1:1
Rusiya – Keniya 2:2
Seneqal – Kamerun 1:0