Yoxlama oyunu: Türkiyə AÇ-2024 öncəsi məğlub oldu – Video

Ötən gün dünyanın yaşıl meydanlarında futbol üzrə milli komandalar səviyyəsində bir neçə yoxlama oyunu keçirilib.

Arena.az xəbər verir ki, maraqlı görüşlərdən biri Polşa və Türkiyə yığmaları arasında baş tutub.

Üç qolun qeydə alındığı oyun qardaş ölkə yığmasının məğlubiyyəti ilə yekunlaşıb.

Niderland millisi isə Avropa çempionatı (AÇ-2024) öncəsi İslandiya üzərində darmadağına sevinib.

Yoxlama oyunu
10 iyun

Argentina – Ekvador 1:0
Çexiya – Şimali Makedoniya 2:1
Niderland – İslandiya 4:0
Polşa – Türkiyə 2:1