Yoxlama oyunu: Türkiyə millisi 6 qola üzüldü, millimizin rəqibləri…

Ötən gecə dünyanın yaşıl meydanlarında futbol üzrə milli komandalar səviyyəsində bir neçə yoxlama oyunu keçirilib.

Arena.az xəbər verir ki, maraqlı görüşlərdən biri İspaniya və Braziliya yığmaları arasında baş tutub.

Altı qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. Dörd qolun vurulduğu İngiltərə – Belçika matçı da bərabərliklə yekunlaşıb.

Almaniya yığması Niderland üzərində qələbəyə sevinibsə, Fransa Çiliyə qalib gəlib. Portuqaliya milli komandası Sloveniya ilə oyunda 2 cavabsız qolla məğlub olub.

Türkiyə millisi səfərdə Avstriya yığmasıyla qarşılaşıb. Qardaş ölkə təmsilçisi bu oyunda 6 qola üzülüb.

UEFA Millətlər Liqasında Azərbaycan millisinin rəqiblərindən olan Estoniya yığması Finlandiya ilə görüşdə məğlubiyyətə üzülüb. Millimizin digər rəqibi Slovakiya isə Norveçlə görüşdən heç-heçə ilə ayrılıb.

Yoxlama oyunu
26 mart

Malavi – Zambiya 1:2
Modlova – Kayman adaları 4:0
Zimbabve – Keniya 1:3
Uqanda – Qana 2:2
Finlandiya – Estoniya 2:1
Latviya – Lixtenşteyn 1:1
Macarıstan – Kosovo 2:0
Malta – Belarus 0:0
Norveç – Slovakiya 1:1
Bruney – Vanuatu 3:2
Kamboca – Qayana 1:4
Çexiya – Ermənistan 2:1
Danimarka – Farer adaları 2:0
Rumıniya – Kolumbiya 2:3
Seneqal – Benin 1:0
Uruqvay – Kot-d’İvuar
1:2
Avstriya – Türkiyə 6:1
İngiltərə – Belçika 2:2
Almaniya – Niderland 2:1
İrlandiya – İsveçrə 0:1
Lüksemburq – Qazaxıstan 2:1
Şotlandiya – Şimali İrlandiya 0:1
Sloveniya – Portuqaliya 2:0
Misir – Xorvatiya 2:4
Fransa – Çili 3:2
Yeni Zelandiya – Tunis 0:1
İspaniya – Braziliya 3:3
Əlcəzair – Cənubi Afrika 3:3
Mali – Nigeriya 2:0
Mərakeş – Mavritaniya 0:0
Niger – Burkina Faso 1:1
Toqo – Liviya 1:1
Salvador – Honduras 1:1
Nikaraqua – Kuba 0:1
Peru – Dominikan Respublikası 4:1
Argentina – Kosta Rika 3:1