“Bayern”in yarımmüdafiəçisi Yozua Kimmix oyunların sıx təqvimi səbəbindən mümkün oyunçu tətilləri ilə bağlı fikrini bildirib.
Arena.az alman futbolçunun bu barədə fikrini təqdim edir:
“Şəxsən mən oynamağı çox sevirəm, amma bunun çox olduğunu deyən hər bir oyunçunu da başa düşə bilirəm. Məncə, bu, hər kəs üçün fərqlidir”, deyə Kimmix vurğulayıb.
Yeri gəlmişkən, “Bayern” Kimmixlə müqaviləsinin müddətini uzatmaq üzərində işləməyə davam edir. Münhen klubu alman futbolçunun qalacağına inanır, baxmayaraq ki, müqavilənin hələ imzalanmadığını nəzərə alsaq, müvafiq xüsusda bəzi narahatlıqlar var.
Vurğulanır ki, Kimmix yalnız “Bayern”dən daha artıq qənimət qazanmaq imkanı olan kluba gedəcək, amma Münhen klubunun düşərgəsindəki inanıldığı kimi, PSJ və “Barselona” bu klublardan biri deyil.
Xatırladaq ki, 2024-cü ilin sentyabrında Kimmix “Bayern”lə müqaviləsinin müddətini 2025-ci ilin iyun ayının sonuna qədər uzatmağa razılaşıb. Tərəflər arasında yaya kimi bu müqaviləni yeniləmək yönündə danışıqlar davam etdirilir.
Yozua Kimmix “Bayern”ə 2015-ci ilin iyulunda 8,5 milyon avro məbləğ müqabilində “Ştutqart”dan keçib.
Kimmix cari mövsümdə münhenlilərin heyətində 18 oyuna çıxıb, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Kimmixin “Bayern”in heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 408 oyun, 42 qol, 108 məhsuldar ötürmə.
Yozua Kimmix 2016-cı ilin mayında debüt etdiyi Almaniya yığmasının heyətində 97 oyuna 7 qol və 22 məhsuldar ötürmə ilə fərqlənib. Kimmix bundestimlə 2017-ci il FIFA Konfederasiyalar Kubokunu qazanıb. Həmçinin Yozua Almaniyanın U-19 yığması ilə Avropa çempionatının qalibi olub.
Kimmix “Bayern”in heyətində 8 dəfə Almaniya Bundesliqasının, 3 dəfə Almaniya Kubokunun, 6 dəfə Almaniya Super Kubokunun və hərəsi 1 dəfə olmaqla UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 29 yaşlı alman futbolçunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.
Əlavə edək ki, Kimmix bir çox aparıcı Avropa klublarının, xüsusilə “Barselona”nın maraq dairəsindədir.


