“Bayern”in dayaq yarımmüdafiəçisi Yozua Kimmix komandanın baş məşqçisi Tomas Tuxelin köməkçisi Jolt Löv ilə mübahisə edib.
Arena.az bu barədə Almaniya mətbuatina istinadən xəbər verir.
Bundesliqanın 22-ci turu çərçivəsində “Boxum”a səfər məğlubiyyəti (2:3) Almaniya nəhəngi “Bayern”in düşərgəsində fəsadlar yaradıb. Belə ki, oyundan sonra münhenlilərin alman yarımmüdafiəçisi Yozua Kimmix baş məşqçi Tomas Tuxelin köməkçisi Jolt Löv ilə mübahisə edib, ardınca söhbət böyüyərək əlbəyaxaya keçib.
Hadisənin dava-dalaşa keçməsinin qarşısı alınıb. “Bayern”in baş məşqçisi Tomas Tuxel biabırçılığa aydınlıq gətirib:
“Mən nə baş verdiyini bilirəm, amma bu, ictimaiyyət üçün deyil. Bunlar futbol paltardəyişmə otaqlarıdır, orada hisslər hökm sürür. Bu, heç nə demək deyil. Ümumiyyətlə, bu, məğlubiyyətdən sonra kifayət qədər adi bir hadisədir”, – “Sky Sport” dərgisi alman mütəxəssisin sözlərindən sitat gətirir.
Vurğulayaq ki, bu məğlubiyyət Almaniya nəhənginin cari mövsümdə bütün yarışlarda ardıcıl 3-cü məğlubiyyətidir.
22 turdan sonra “Bayern” 50 xalla Bundesliqanın turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Bundesliqaya 58 xalla Xabi Alonsonun “əczaçılar”ı – Leverkuzen “Bayer”i başçılıq edir.


