“Bayern”in yarımmüdafiəçisi Yozua Kimmix “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın maraq dairəsindədir.
Arena.az “El Nacional”a istinadən xəbər verir ki, Qvariola Kimmixin “Bayern”i tərk etmək istəyi haqda bilir və futbolçunu öz komandasında görmək istədiyini də gizlətmir.
Kimmix, Qvardiola “Bayern”i çalışdırdığı zaman ispaniyalı məşqçinin rəhbərliyi altında çıxış edib.
Bu arada “Barselona” da alman futbolçuya iddialıdır. Ancaq Kataloniya klubu 28 yaşlı yarımmüdafiəçiyə İngiltərə klubunun təklif etdiyi qədər məbləğ ödəmək iqtidarında deyil. Digər tərəfdən, Yozua Kimmix Xosep Qvardiola ilə çox yaxşı münasibətlərdədir ki, bu da futbolçunun tezliklə Mançesterdə peyda olması ehtimalını artırır.
Cari mövsümdə Kimmix 47 oyunda “Bayern”in formasını geyinib. Yarımmüdafiəçi 7 qola və 11 məhsuldar ötürməyə imza atıb və Almaniya çempionluğunu qazanıb.
“Transfetmarkt” internat-portalı futbolçunu 80 milyon avro məbləğində qiymətləndirir.