Yüksək Liqa: 10-cu turun oyun cədvəli açıqlandı

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 10-cu turunun oyun cədvəli açıqlanıb.

Arena.az xəbər verir ki, qış fasiləsi ərəfəsində keçiriləcək matçlar dekabrın 7-də “Olimpik Star”da baş tutacaq.

Növbəti turun oyun cədvəli belədir:

Yüksək Liqa
10-cu tur
7 dekabr

Baku Fire – Record
Bakı. “Olimpik Star”. Saat 13:00.

Neftçi İK – Yasamal Bakı
Bakı. “Olimpik Star”. Saat 15:00.

Araz-Naxçıvan – U-19
Bakı. “Olimpik Star”. Saat 17:00.