Yüksək Liqa: 12-ci turun hakim təyinatları açıqlandı

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 12-ci turunun oyunlarına hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

12-ci turun qarşılaşmaları fevralın 15-də Bakı İdman Sarayında keçiriləcək.

Yüksək Liqa
12-ci tur
15 fevral

Neftçi İK – Araz-Naxçıvan
Hakimlər: Knyaz Əmiraslanov, Ceyhun Hüseynov, Xəlil Xəlilov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı İdman Sarayı. Saat 14:00.

Yasamal Bakı – Record
Hakimlər: Anar Fərəcov, Məmmədəli Kərimov, İmran Məhərrəmov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı İdman Sarayı. Saat 16:15.

Baku Fire – U-19
Hakimlər: Əli Cəbrayılov, Hidayət Feyzullayev, Mahir Məmmədov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı İdman Sarayı. Saat 18:15.