Yüksək Liqa: 12-ci turun oyun cədvəli açıqlandı

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 12-ci turunun oyun cədvəli açıqlanıb.

Arena.az xəbər verir ki, növbəti turun oyunları fevralın 15-də Bakı İdman Sarayında keçiriləcək.

Bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Yüksək Liqa
12-ci tur
15 fevral

Neftçi İK – Araz-Naxçıvan
Bakı İdman Sarayı. Saat 14:00.

Yasamal Bakı – Record
Bakı İdman Sarayı. Saat 16:15.

Baku Fire – U-19
Bakı İdman Sarayı. Saat 18:15.

Xəbəri sosial şəbəkələrdə paylaş: