Yüksək Liqa: 14-cü turun oyun cədvəli bəlli oldu

Qadın və kişi voleybolçuların Azərbaycan çempionatlarında (Yüksək Liqa) 2023/2024 mövsümünün növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyası növbəti matçların proqramını açıqlayıb.

Qadınların çempionatında növbəti oyunlar 20-21 fevralda keçiriləcək. Kişilərin yarışında isə növbəti matçlar 21-22 fevralda baş tutacaq.

Yüksək Liqa
14-cü tur

Qadınlar

20 fevral

18:00. “Murov” – UNEC
UNEC-in idman zalı.

18:00. “Abşeron” – “Gəncə”
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

21 fevral

18:00. “Milli Aviasiya Akademiyası” – “Azərreyl”
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

Kişilər

21 fevral

15:00. “Murov” – “Neftçi”
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

22 fevral

15:00. “Azərreyl” – MOİK
“Murov” Voleybol Klubunun idman zalı