Yüksək Liqa: 16-cı tur sabah başlayıb, martın 7-də bitəcək

Qadın və kişi voleybolçuların Azərbaycan çempionatlarında (Yüksək Liqa) 2023/2024 mövsümünün 16-cı turun oyun cədvəli bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti məlumat yayıb.

Qadınların yarışında 16-cı turun bütün görüşləri sabah keçiriləcək.

Kişilərin çempionaıtnda isə tur martın 6-da başlayıb, ayın 7-də yekunlaşacaq.

Yüksək Liqa
16-cı tur

Qadınlar

5 mart
15:00. “Gəncə” – “Milli Aviasiya Akademiyası”
Gəncə Olimpiya İdman Kompleksi

17:00. “Abşeron” – “Murov”
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

18:00. UNEC – “Azərreyl”
UNEC-in idman zalı.

Kişilər

6 mart
17:00. “Neftçi” – MOİK
“Murov”un idman zalı.

7 mart
17:00. “Murov Az Terminal” – “Azərreyl”
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.