Yüksək Liqa: 17-ci turun görüşlərinin vaxtı bilindi

Qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün növbəti oyunlarının vaxtı bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Yüksək Liqada 17-ci turun qarşılaşmaları martın 12-də və 13-də baş tutacaq.

Martın 12-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində ilk olaraq, “Milli Aviasiya Akademiyası” və “Murov” komandaları üz-üzə gələcəklər. Bu görüşə saat 15:00-da start veriləcək.

Ardınca “Azərreyl” və “Gəncə” komandalarının qarşılaşması baş tutacaq. Oyunun start fiti saat 18:00-da veriləcək.

Tura martın 13-də UNEC – “Abşeron” matçı ilə yekun vurulacaq. Qarşılaşma UNEC-in idman zalında təşkil olunacaq.

Yüksək Liqa
17-ci tur
12 mart

15:00. “Milli Aviasiya Akademiyası” – “Murov”
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

18:00. “Azərreyl” – “Gəncə”
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

13 mart

18:00. UNEC – “Abşeron”
UNEC-in idman zalı.