Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünə start verilib.
Arena.az xəbər verir ki, yeni mövsümün ilk turunun oyunları Bakıda və Gəncədə keçirilib.
Gəncə İdman Sarayında “Gəncə”nin qonağı “Abşeron” komandası olub. Bakıda isə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası” və “Azərreyl” komandaları üz-üzə gəliblər. “Murov”un idman zalında da “Murov” UNEC-lə üz-üzə gəlib. Hər üç oyunda 3:0 hesabı qeydə alınıb.
Qeyd edək ki, qadın voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları 6-7 dekabr tarixlərində keçiriləcək.
Yüksək Liqa
1-ci tur
3 dekabr
“Gəncə” – “Abşeron” 0:3 (26:28, 18:25, 21:25)
“Milli Aviasiya Akademiyası” – “Azərreyl” 0:3 (19:25, 18:25, 21:25)
“Murov” – UNEC 3:0 (25:8, 25:13, 25:12)


