Yüksək Liqa: 2024-cü ilin ilk turunun oyun cədvəli açıqlandı

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 11-ci turunun oyun cədvəli açıqlanıb.

Arena.az xəbər verir ki, yeni ildə mübarizəyə “Olimpik Star”da start veriləcək.

Bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

2024-cü ilin ilk turunun oyunları fevralın 1-də keçiriləcək.

Yüksək Liqa
11-ci tur
1 fevral

Neftçi İK – Baku Fire
Bakı. “Olimpik Star”. Saat 13:00.

Araz-Naxçıvan – Yasamal Bakı
Bakı. “Olimpik Star”. Saat 15:00.

Record – U-19
Bakı. “Olimpik Star”. Saat 17:00.