Yüksək Liqa: 5-ci turun bütün təyinatları açıqlandı

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 5-ci turunun oyunlarına təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, sabah – oktyabrın 14-də keçiriləcək turun bütün görüşləri Bakıdakı “Olimpik Star”da təşkil olunacaq. Turun mərkəzi oyununu FİFA referiləri idarə edəcəklər.

Yüksək Liqa
5-ci tur
14 oktyabr

Lənkəran – U-19
Hakimlər: Anar Fərəcov, Vüsal Balaşov, Nihad Bağırov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saar 13:00.

Araz-Naxçıvan – Neftçi İK
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, Kənan Məlikov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. Saar 15:00.

Baku Fire – Şuşa
Hakimlər: Hidayət Feyzullayev, İmran Məhərrəmov, Rza Məmmədov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı. “Olimpik Star”. Saar 17:30.

Xallar: Neftçi İK – 10. Araz-Naxçıvan – 10. Baku Fire – 8. Şuşa – 6. U-19 – 0. Lənkəran – 0.

Xəbəri istədiklərinizlə paylaşın