Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 6-cı turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 6-cı turun görüşləri dekabrın 7-də “Olimpik Star”da keçiriləcək. Son çempion “Araz-Naxçıvan”la lider “Baku Fire” saat 15:00-da üz-üzə gələcək.
Futzal Federasiyasının yaydığı digər məlumata görə, Yüksək Liqada çıxış edən komandalara yeni toplar hədiyyə olunub. İlkin mərhələdə hər iştirakçı kluba 5 ədəd top təqdim olunub. Növbəti turdan Yüksək və Birinci Liqanın oyunlarında bu toplardan istifadə olunacaq.
Yüksək Liqa
6-cı tur
7 dekabr
“Neftçi” İK – Şuşa
Bakı. “Olimpik Star”. Saat 13:00.
Araz-Naxçıvan – Baku Fire
Bakı. “Olimpik Star”. Saat 15:00.
Yasamal Bakı – U-19
Bakı. Olimpik Star. Saat 17:00.


