Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 7-ci turunun oyunlarına təyinatlar açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Turun bütün oyunları dekabrın 21-də “Olimpik Star”da keçiriləcək.
Yüksək Liqa
7-ci tur
21 dekabr
Yasamal Bakı – Araz-Naxçıvan
Hakimlər: Kənan Məlikov, Vüsal Balaşov, İmran Məhərrəmov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 13:00.
Şuşa – Baku Fire
Hakimlər: Ramil Namazov, Anar Fərəcov, Hikmət Qafarlı.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. Saat 15:00.
U-19 – Neftçi İK
Hakimlər: Elgün Hüseynov, Mahir Məmmədov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 17:00.



