Yüksək Liqa: “Abşeron”dan 10-cu qələbə

Bu gün qadın voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) 11-ci turun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə oyunu Gəncə İdman Sarayında baş tutub.

Turun son matçında “Abşeron” komandası “Gəncə” klubunun qonağı olub. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, ilk oyun günündə “Milli Aviasiya Akademiyası” “Azərreyl”ə 1:3 hesabı ilə uduzub. “Murov” isə UNEC-i məğlub edib – 3:0.

Qadınların Yüksək Liqasında növbəti turun oyunları fevralın 19-da və 22-də keçiriləcək.

Yüksək Liqa
11-ci tur
15 fevral

“Gəncə” – “Abşeron” 1:3 (23:25, 22:25, 25:22, 23:25)

Xallar: Abşeron – 29. Milli Aviasiya Akademiyası – 24. Gəncə – 17. Azərreyl – 15. Murov – 14. UNEC – 0.