Qadın voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 2-ci tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib.
İlk olaraq meydana “Azərreyl” və “Murov” komandaları çıxıblar. Gərgin keçən bu görüşdə “Azərreyl” 3:2 hesabı ilə qalib gəlib.
Növbəti oyun “Abşeron” və UNEC klubları arasında olub. Famil Ağayevin yetirmələri bu matçda 3:0 hesabı ilə qələbə qazanıblar.
2-ci turun son oyunu sabah Gəncə şəhərində keçiriləcək. Gəncə İdman Sarayında “Gəncə” komandası “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək.
Yüksək Liqa
2-ci tur
6 dekabr
“Azərreyl” – “Murov” 3:2 (25:18, 23:25, 22:25, 25:8, 18:16)
“Abşeron” – UNEC 3:0 (25:10, 25:12, 25:9)
7 dekabr
15:00. “Gəncə” – “Milli Aviasiya Akademiyası”
Ünvan: Gəncə İdman Sarayı.