Bu gün kişi voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/26 mövsümünün 6-cı turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Azərreyl” və “Murov” komandaları üz-üzə gəliblər. Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilmiş qarşılaşmanın qalibi tay-brekdə müəyyənləşib. “Azərreyl” rəqibini 3:2 hesabı ilə məğlub edib.
Yüksək Liqa (kişilər)
6-cı tur
10 dekabr
“Azərreyl” – “Murov” 3:2 (25:21, 25:22, 16:25, 24:26, 16:14)
Bu gün həm də qadın voleybolçuların Azərbaycan çempionatında 1-ci turdan təxirə salınmış “DH Volley” – “Abşeron” oyunu keçirilib. Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutmuş qarşılaşma “DH Volley” komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Yüksək Liqa (qadınlar)
1-ci turdan təxirə salınmış oyun
10 dekabr
“DH Volley” – “Abşeron” 3:1 (25:18, 21:25, 26:24, 25:21)


