Yüksək Liqa: “Azərreyl” və “Murov” 2025-ci ilə qələbə ilə başladı

Bu gün voleybol üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024-2025-ci illər mövsümünün 4-cü turuna start verilib.

Arena.az xəbər verir ki, 2025-ci ilə təsadüf edən ilk oyun günündə iki qarşılaşma baş tutub.

Yeni ilin ilk oyunları kişi voleybolçular arasında olub. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində MOİK “Azərreyl”lə, “Murov” isə “Xilasedici” komandası ilə üz-üzə gəlib. Hər iki oyunda 3:0 hesabı qeydə alınıb. “Azərreyl” MOİK-i, “Murov” isə “Xilasedici”ni quru hesabla məğlub edib.

4-cü turun son oyunu sabah keçiriləcək. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Neftçi” komandası “Gənclər”lə üz-üzə gələcək.

Yüksək Liqa
4-cü tur
7 yanvar

MOİK – “Azərreyl” 0:3 (12:25, 10:25, 14:25)

“Murov” – “Xilasedici” 3:0 (25:21, 25:19, 25:16)

8 yanvar

16:00. “Neftçi” – “Gənclər”
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

Xəbəri istədiklərinizlə paylaşın