Yüksək Liqa: “Azərreyl” və “Murov” finalda!

Bu gün kişi voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) yarımfinal mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, ikinci oyunlar Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib.

İlk finalçı “Xilasedici” – “Azərreyl” qarşılaşmasında bəlli olub. Meydan sahibləri səfərdəki məğlubiyyətin əvəzini çıxıblar. Nəticədə cütün qalibi “qızıl set”də müəyyənləşib. Gərgin mübarizə şəraitində keçən həlledici qarşılaşmada “Azerreyl” güclü olub.

Digər matçda isə “Neftçi” “Murov”dan revanş almağa çalışıb. “Ağ-qaralar” ilk oyunda olduğu kimi, bu dəfə də rəqibə ciddi müqavimət göstərə bilməyiblər. Nəticədə “Murov” digər finalçı olub.

Yüksək Liqa
Yarımfinalın ikinci oyunları
18 aprel

“Xilasedici” – “Azərreyl” 3:1 (24:26, 25:20, 25:23, 25:22), Qızıl set – 13:15
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.
İlk oyun – 0:3.

“Neftçi” – “Murov” 0:3 (19:25, 18:25, 12:25)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.
İlk oyun – 0:3.