Kişi voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, bu gün Yüksək Liqada iki görüş baş tutub.
Günün ilk oyununda “Murov”un idman zalında MOİK və “Neftçi” komandaları üz-üzə gəliblər. Oyun Pərviz Səmədovun yetirmələrinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Növbəti oyun isə “Azərreyl” və “Murov” komandaları arasında olub. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan bu qarşılaşmada “Murov” 3:0 hesabı ilə qələbə qazanıb.
Beləliklə, “Azərreyl” 41 xalla (14 qələbə) turnir cədvəlində liderlik edir. “Murov”un 34 xalı (12 qələbə), “Neftçi”nin 25 (8 qələbə), “Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), “Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.
Yüksək Liqa
27 mart
MOİK – “Neftçi” 0:3 (15:25, 23:25, 17:25)
“Azərreyl” – “Murov” 0:3 (22:25, 22:25, 22:25)