Yüksək Liqa: “Azərreyl”dən rahat, “Murov”dan çətin qələbə

Kişi voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.

“Azərreyl” bu dəfə MOİK-lə üz-üzə gəlib. “Murov” Voleybol Klubunun idman zalında keçirilən oyunda “Azərreyl” rahat qələbəyə sevinib.

“Murov” isə “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirib. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən oyunda sevinən tərəf “Murov” olub.

Yüksək Liqa
1 aprel

“Azərreyl” – MOİK 3:0 (25:14, 25:23, 25:13)
“Murov” Voleybol Klubunun idman zalı.

“Murov” – “Neftçi” 3:1 (25:22, 17:25, 25:18, 25:20)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.