Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 5-ci turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun bütün oyunları eyni günə təsadüf edib və “Olimpik Star”da baş tutub.
İlk oyunda gənclər yığması ilə son çempion gücünü sınayıb. “Araz-Naxçıvan” üçün daha çox məşq xarakteri daşıyan görüşdə “qırmızı-ağlar” böyükhesablı qələbəyə seviniblər.
Mərkəzi oyun isə gözlənildiyi kimi, daha gərgin keçib. Eyni xala malik olan və ilk iki pillədə qərarlaşan komandalar – “Neftçi” İK ilə “Baku Fire” birinci dövrənin qalibini müəyyənləşdirməli idilər. Oyuna “Baku Fire” yaxşı başlayıb. Ardıcıl qollar vuran nominal qonaqlar fasiləyə hesabda üstün yollanıblar. İkinci hissədə ssenari dəyişib. Bu dəfə “Neftçi” qolları sıralayıb və 25-ci dəqiqədə oyunda ilk dəfə olaraq hesabda önə keçib. Amma lider sonrakı dəqiqələrdə vurduğu qollar sayəsində bu matçı xeyrinə başa vurmağı bacarıb.
Tura “Şuşa”nın qələbəsi ilə yekun vurulub. Düzdür, son oyunda hesabı “Yasamal Bakı” açıb. Amma debütant ardıcıl qollarla qələbəsini təmin edib.
Yüksək Liqa
5-ci tur
30 noyabr
U-19 – Araz Naxçıvan 0:11
Qollar: Xəzər Ağalızadə, 5:23; 39:16. İmaməli Hüseynov, 5:30; 19:24. Amirhossein Rasuli, 7:19; 39:54. Ali Rostami, 15:30; 20:51; 21:40. Ülvi Əliyev, 16:52. Qüdrət Qasımzadə, 32:07.
Hakimlər: Rza Məmmədov, Hidayət Feyzullayev, İmran Məhərrəmov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. 13:00.
Neftçi İK İB – Baku Fire 5:8
Qollar: İsa Atayev, 8:56; 22:56. Namiq Məmmədkərimov, 14:17. Mirzə Əmirov, 24:52. Fərid Atakişiyev, 25:19 – Nihad ismayılov, 5:30. Kənan Manafov, 7:43; 11:50; 30:16. 35:00. Amadeu, 18:07. Xətai Bağırov, 31:02-öz qapısına. Yaqo Henrike, 35:57.
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Anar Fərəcov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. 15:00.
Yasamal Bakı – Şuşa 2:9
Qollar: Anar İsayev, 1:59. Mirəhməd Məmmədov, 34:17 – Fariz Mehralıyev, 2:56; 17:36. Şahbaz Həndəmli, 7:56; 15:06. 35:44; 39:57. Rüstəm Bağırov, 24:04; 33:00; 39:00.
Hakimlər: Elgün Hüseynov, Vüsal Balaşov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. 17:00.