Yüksək Liqa: Bu gün 14-cü turun oyunları keçiriləcək

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 14-cü turunun oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, turun bütün oyunları eyni gündə “Olimpik Star”da keçiriləcək.

Lider “Araz-Naxçıvan” çempionatın aşkar autsayderinə çevrilmiş “Record”la qarşılaşacaq.

Yüksək Liqa
14-cü tur
29 fevral

Araz-Naxçıvan – Record
Hakimlər: Xəlil Xəlilov, İmran Məhərrəmov, Məmmədəli Kərimov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 13:30.

Neftçi İK – U-19
Hakimlər: Ramil Namazov, Hidayət Feyzullayev, Vüsal Balaşov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 15:30.

Baku Fire – Yasamal Bakı
Hakimlər: Elgün Hüseynov, Kənan Məlikov, Mahir Məmmədov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 17:30.

Xallar: Araz-Naxçıvan – 34. Baku Fire – 27. Neftçi İK – 23. Yasamal Bakı – 14. U-19. Record – 4.